“Qarabağ”ın bu yay “Polesye”yə 3 milyon avroya satdığı Leandro Andrade Ukrayna çempionatında itib-batmır, əksinə, yaxşı oyunla diqqəti cəlb edir.
Onun komandası ölkə çempionatının 5-ci turunda “Kudrovka”nı darmadağın edib – 5:1. Oyuna 46-cı dəqiqədə qoşulan kabo-verdeli 87-ci dəqiqədə komandasının 5-ci qolunu vurub. Bu qolun tarixi əhəmiyyəti var. İş ondadı ki, jitomirlilər indiyə qədər heç vaxt çempionat oyununda 5 qol vurmamışdı.
Beləliklə, “Qarabağ”da oynayarkən avrokubokların əsas mərhələlərində üç fərqli matçın ilk dəqiqəsində qol vuran ilk futbolçu kimi tarixə düşən Leandro indi də “Polesye”nin tarixinə düşdü.
Yeri gəlmişkən, "Polesye" hazırda 12 xalla turnir cədvəlinə başçılıq edir.
ORXAN
Leandro Andrade “Polesye”nin də tarixinə düşdü!
Dünya futbolu






