“Arsenal”ı “Barselona”ya dəyişdi

5.09.2026 10:00 3
Dünya futbolu
Gözlənildiyi kimi, Qabriel Jezus “Arsenal”ı tərk edib.

"Football-plus.az" xəbər verir ki, “Barselona” braziliyalı hücumçu İngiltərə klubundan transfer edib. Tərəflər müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıblar.

Bir neçə gün əvvəl mətbuatda transfer məbləğinin 10 milyon avro olacağı bildirilmişdi. Həmçinin “Arsenal” futbolçunun yeni komandasında əldə edəcəyi uğurlara görə bonuslar qazanacaq.

Jezus İngiltərə klubunda 2022-ci ilin yayından çıxış edirdi. Bu müddətdə bütün turnirlərdə 123 matçda iştirak edən hücumçu 32 qol vurub və 22 məhsuldar ötürmə edib.