Milli futbolçu Turinə qayıtdı

5.09.2026 13:00 23
Dünya futbolu
Rikardo Rodriges yenidən İtaliyada çıxış edəcək.

"Football-plus.az" xəbər verir ki, “Torino” heyətini təcrübəli futbolçu ilə gücləndirib. Bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb. İsveçrəli futbolçu ilə 1 illik müqavilə imzalanıb.

34 yaşlı müdafiəçi son iki mövsümdə “Betis”də çıxış edib. İsveçrə yığmasının aparıcı oyunçularından olan Rikardonun 2020-24-cü illərdə “Torino”da oynadığını da xatırladaq.