Kapitanla müqavilə yeniləndi

5.09.2026 13:33 25
Dünya futbolu
Covanni Di Lorentso klubuna sadiq qalıb. Kapitan “Napoli” ilə müqaviləsini yeniləyib.

"Football-plus.az" xəbər verir ki, bu barədə Neapol klubunun mətbuat xidməti məlumat yayıb. 33 yaşlı müdafiəçinin yeni sözləşməsinin müddəti 2030-cu ilin yayına qədərdi.

Di Lorentso “Napoli”nin formasını 2019-cu ildən daşıyır. İtaliyalı futbolçu komandada 307 oyun keçirib, 20 qol vurub və 42 məhsuldar ötürmə edib.