Klubu ilə yenidən anlaşdı

10.10.2025 12:28 6
Dünya futbolu
“Sportinq” Pedru Qonsalveşin müqaviləsini yeniləyib.

"Football-plus.az" xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilib ki, 27 yaşlı futbolçu ilə müddəti 2030-cu ilin yayına qədər olan müqavilə imzalanıb.

Pedru Qonsalveş 2020-ci ildən “Sportinq”də çıxış edir. O, indiyədək komandası ilə 209 oyuna çıxıb, 87 qol vurub və 60 məhsuldar ötürmə verib.