İngiltərə klubunda yeni müqavilə

26.09.2023 19:51 350
Dünya futbolu
Kostas Simikas “Liverpul” ilə müqaviləni yeniləyib.
“Football-plus.az” xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı müdafiəçinin yeni sözləşməsinin müddəti 2027-ci ilin iyununa qədərdi.

Simikas “Liverpul”da 2020-ci ildən çıxış edir. O, indiyədək “qırmızılar”ın heyətində bütün turnirlərdə 63 oyun keçirib və oyundaşlarına 12 məhsuldar ötürmə verib.