Cabirlə müqavilə yeniləndi

9.07.2023 16:57 250
Ölkə futbolu
“Səbail” futbolçusu Cabir Əmirli ilə müqaviləni yeniləyib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı müdafiəçi ilə yeni müqavilənin müddəti 2024-cü ilin yayına qədərdi.

Qeyd edək ki, Cabir Əmirli 2021-ci ildən "dənizçilər"də çıxış edir.

Xatırladaq ki, "Səbail" bu yay Vüqar Həsənovla da sözləşməni yeniləyib.