Əzəli rəqibin sıralarına qoşulacaq

28.05.2025 23:58 12
Dünya futbolu
“Barselona” tezliklə heyətinə yeni futbolçu cəlb edəcək.

“Mundo Deportivo”nun məlumatına görə, İspaniya çempionu “Espanyol”un qapıçısı Xoan Qarsiya ilə razılığa gəlib. 24 yaşlı oyunçu “Barselona” ilə 5 illik müqavilə imzalayacaq.

İspaniya millisi ilə Olimpiya çempionu olan Xoan yenicə sona çatan mövsümdə La Liqada 38 oyunda iştirak edib və 51 qol buraxıb.