“Milan”ın 2025-ci ilin fevralında “Feyenoord”dan 30 milyon avroya transfer etdiyi Santyaqo Ximenes A seriyası tarixinə antirekordçu kimi düşüb.
"Football-plus.az" xəbər verir ki, meksikalı hücumçu İtaliya çempionatının yüksək liqasının tarixində bir mövsümdə start heyətində 10 və ya daha çox oyuna çıxıb qol vura bilməyən ilk oyunçu olub. Bu antirekord A seriyasının 38-ci turunda “Milan”ın evdə “Kalyari”yə 1:2 hesabı ilə uduzduğu matçan sonra rəsmiləşib. 25 yaşlı Ximenes cari mövsümdə çempionatda 16 matçda meydana çıxsa da, rəqib qapılarına yol tapa bilməyib və yalnız 2 məhsuldar ötürmə ilə yadda qalıb.