Honda Kambocanı tərk etdi

19.05.2023 16:52 205
Dünya futbolu
Keysuke Honda artıq Kamboca yığmasını çalışdırmır. O, bu ölkəni tərk edib.

"Football-plus.az" xəbər verir ki, yaponiyalı mütəxəssis milli komandanın baş məşqçi vəzifəsindən istefa verib.

36 yaşlı sabiq yarımmüdafiəçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. O, 5 il rəhbərlik etdiyi Kamboca komandasında perspektiv görmədiyi üçün bu qərarı verdiyini bildirib.

Xatırladaq ki, Yaponiya yığmasında 98 oyuna 37 qol vuran Honda 2021-ci ildə 3 ay “Neftçi”də çıxış edib, bu müddətdə ölkə çempionatında 7 oyuna 2 qol vurub və Azərbaycan çempionu olub.