İspaniya klubunda yeni müqavilə

2.12.2023 18:29 162
Dünya futbolu
Niko Uilyams “Atletik” rəhbərliyinin yeni təklifini qəbul edib.

"Football-plus.az" xəbər verir ki, İspaniya klubu ilə yenidən anlaşıb.

Yeni müqavilənin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. 21 yaşlı hücumçu komandada 2021-ci ildən çıxış edir.

Niko bu mövsüm bilbaoluların heyətində meydana çıxdığı 11 oyunda 1 qolun və 7 məhsuldar ötürmənin müəllifi olub.