Merih Dəmiral qovuldu, komandası darmadağın oldu

2.09.2026 18:20 3
Dünya futbolu
Səudiyyə Ərəbistanı çempionatında 4-cü turun mərkəzi oyununda ''Əl-Hilal'' ''Əl-Əhli''ni qəbul etdi.

Oyun Türkiyə yığmasının üzvü Merih Dəmiralın şərəfini qoruduğu qonaqlar üçün uğursuz alındı. Asiya Çempionlar Liqasında son iki mövsümün qalibi statusunda olan ''Əl-Əhli'' 3 cavabsız qolla darmadağın oldu. Merih isə ilk yarının son anlarında iki sarı vərəqə almaqla komandasını pis vəziyyətdə qoydu.

Dəmiral əvvəlcə 45+3-cü dəqiqədə komanda yoldaşı Ayven Toninin sarı vərəqə almasına etiraz edərkən özü sarı vərəqə aldı. 45+7-ci dəqiqədə isə rəqibin hücumunun qarşısını sərt hərəkətlə kəsdiyi üçün ikinci xəbərdarlıqla meydandan qovuldu.

''Əl-Əhli'' həmin ana qədər artıq iki top buraxmışdı. 3-cü turda ''Əl-Xolud''a 1:3 boyun əyən və son iki turda xal qazana bilməyən ''Əl-Əhli'' 4 tura topladığı 6 xalla 7-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə hələ ki, xal itirməyən ''Əl-Hilal'' ilə son çempion ''Əl-Nəssr'' başçılıq edir.