Merih Dəmiral Kriştiano Ronaldonu üzdü

4.01.2026 15:54 13
Dünya futbolu
Səudiyyə Ərəbistanı çempionatında 13-cü turun mərkəzi oyununda lider ''Əl-Nəssr'' ''Əl-Əhli''nin qonağı oldu.

"Football-plus.az" xəbər verir ki, ilk 10 turda xal itirməməklə tarixinin ən uğurlu startını reallaşdıran ''Əl-Nəssr''də artıq eniş başlayıb. Ötən tur ''Əl-İttifaq'' ilə 2:2 bərabərə qalan Kriştiano Ronaldonun komandası bu dəfə ümumiyyətlə, xala həsrət qalıb. Ayvan Touninin ilk 20 dəqiqədə vurduğu qollar qonaqları şoka salıb. Düzdü, Ər-Riyad təmsilçisi hələ fasiləyə qədər hesabı bərabərləşdirə bilib.

Maraqlıdı ki, Ronaldo və Joao Feliş kimi bombardirlər yarışına başçılıq edən futbolçular fərqlənə bilməyib. ''Əl-Nəssr''in hər iki qolunu mərkəz müdafiəçisi Abdulela Əl-Əmri vurub. İkinci hissədə isə səhnəyə Merih Dəmiral çıxıb. Türkiyə yığmasının üzvü 55-ci dəqiqədə başla fərqlənərək ''Əl-Əhli''yə sürpriz qələbə qazandırıb. Touni bu dəfə aktivinə məhsuldar ötürmə yazıb. Beləliklə Kriştianonun komandası Merihin qolu ilə mövsümün ilk məğlubiyyəti ilə barışmalı olub.

Xatırladaq ki, ''Əl-Əhli'' Asiya Çempionlar Liqasının son qalibi statusundadı.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul