"Neftçi" Piriçi yola saldı

2.09.2026 17:06 5
Ölkə futbolu
“Neftçi” futbolçusu Kenan Piriçlə yolları ayırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bosniya və Hersoqovinalı qapıçı ilə klub arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilib.

Ötən ilin yayında transfer olunmuş Kenan Piriç "Neftçi"nin heyətində 29 rəsmi oyun keçirib.