Bəs, komandanı sentyabrın 4-də, yəni cümə günü 4-cü turda evdə “İmişli”yə qarşı keçiriləcək oyunda meydana kim çıxaracaq? Klubun baş məşqçi postu üçün namizədləri varmı? Əcnəbi, yoxsa yerli mütəxəssisə üstünlük veriləcək?
Bu suallarla “qırmızı-qaralar”ın idman direktoru Səbuhi Səfiyarlıya müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Komandanı növbəti premyer-liqa oyununa kimin çıxaracağı bu gün bəlli olacaq. Hələ ki, hansısa baş məşqçi namizədi ilə danışıqlara başlamamışıq. Yəni adı klubumuzla hallanan mütəxəssislərlə bağlı xəbərlər dezinformasiyadı. Hazırda namizədlər üçün meyarları müəyyənləşdiririk. “İmişli” ilə matça qədər yeni baş məşqçi ilə anlaşmaq ehtimalımız zəifdi”.
Xatırladaq ki, cəmi 1 xalı olan “Qəbələ” 10-cu yerdədi.
KƏNAN BAHADIR






