“Müdafiədə çoxlu səhvə yol verdik” – “Araz-Naxçıvan”dan etiraf

25.10.2024 14:34 260
Aktual / İdman
Oktyabrın 22-də futzal üzrə yüksək liqada 2024/25 mövsümünə start verilib. İlk natçda ötən mövsümün müvafiq olaraq gümüş və qızıl medalçıları – “Baku Fire” ilə “Araz-Naxçıvan” qarşılaşıb. Görüş “Baku Fire”ın 8:6 hesablı qələbəsiylə başa çatıb.

“Baku Fire” ilə oyunda qələbə üçün nə çatmadı? Yeni baş məşqçidən məmnunsuzmu? Bu sualları “Araz-Naxçıvan”ın vitse-prezidenti Mahmud Sadıqova ünvanladıq:

“Komanda böyük dəyişikliklərə məruz qaldı. Legionerlərimizdən dördü getdi. Onların yerinə gənc və perspektivli oyunçular götürmüşük. Onların da üzərində işlər görülməlidi. Bu səviyyədə təcrübələri yoxdu. İlk oyunun çətin olacağını bilirdik. Rəqibimizi yaxşı təhlil etmişdik. Bilirdik ki, bizlə oyuna çox ciddi hazırlaşırlar. Komanda komplektləşib və ötənilki heyəti qoruyub. Oyun qarşılıqlı hücumlar şəraitində keçdi. Müdafiədə çoxlu səhvə yol verdik. Buna da səbəb gənc oyunçuların təcrübəsizliyidi. Güman edirəm ki, bunun üzərində çalışacağıq. Növbəti oyunlarda gücümüzü ortaya qoyacağıq. Məşqçimiz öz işini hazırda yaxşı görür. Dekabra kimi komandanı oyunlara Predraq Raiç çıxaracaq. Sonrakı nəticələrdən asılı olaraq, qalıb-qalmayacağına qərar verəcəyik”.

ƏSƏD SEYİDOV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul