“Sadəcə, biz o qədər çox kobud səhvə yol verdik ki...” – 0:5 nə idi?

15.10.2024 20:31 300
Aktual / Yığma
Əsas yığmadan bir gün sonra ölkəmizin U-21 komandası da acınacaqlı məğlubiyyətlə üzləşdi.

“Football-plus.az” xəbər verir ki, Samir Əliyevin çalışdırdığı komanda Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyanın qonağı olub - 0:5.
Təcrübəli mütəxəssis Aslan Kərimov 21 yaşadək futbolçulardan ibarət millinin durumu ilə bağlı belə dedi:

“Belə məğlubiyyət olmalı deyildi. Sadəcə, biz o qədər çox kobud səhvə yol verdik ki, özümüz öz qapımıza qolları gətirdik. Ona görə də belə hesabla məğlub olduq. Qrupdan çıxacağımız da gözlənilmirdi. Rəqiblərimizdən geri qalırıq. Burda məşqçiləri günahlandırmağın yeri yoxdu. Əllərində olanlarla bunu bacara bilirlər. Bəlkə də daha artığını etmək mümkün idi”.


ƏSƏD SEYİDOV