“Bu məsələləri prezident həll edir” - Kurban Berdıyev istefa verməyə razıdı?

13.12.2025 21:00 21
Ölkə futbolu / Manşet
Misli premyer-liqasının 15-ci turunda “Turan Tovuz” evdə “Sabah”a məğlub oldu - 1:3.

Tovuzluların baş məşqçisi Kurban Berdıyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Müdafiədə buraxdığımız kobud səhvlərə görə uduzduq. Bunları etməməliydik. Məşqçi səhv etmir desək, yanlış olar. Hər məşqçi səhv edə bilər. İlk hissədə düzülüşümüz düzgün olmadı. “Sabah”a çox boşluq verdik.

- Niyə qısa danışırsız? Mən nə yazacam?
- Bu futbol terminidi. Fikirlərimi izah etdim.

- Sirrinizi soruşmuram.
- Nədən danışaq?

- Həmişə tovuzlu azarkeşlər yanınızda olub. İndi istefaya səsləyirdi. Berdıyevin kreslosu laxlamaz?
- Bu məsələləri prezident həll edir. Hiss edirik ki, azarkeşlərə acı verdik. Həm də utancvericidi.

- Rəqib komandanın baş məşqçisi dedi ki, bu meydançada oynamaqla inkişaf olmaz. Bu barədə nə düşünürsüz?
- Bu bəhanə deyil. Amma belə meydançada oynamaq olmaz.

- “Turan Tovuz”un bu gün oynadığı oyun idi?
- Xeyr.

MÜZƏFFƏR QULUZADƏ