“Adam bir matçda məğlub olan kimi tənqidlərə tuş gəlir”-Rəşad Sadıqov

30.08.2026 23:40 2
Ölkə futbolu / Manşet
Misli premyer-liqasının 3-cü turunda "Zirə" doğma meydanda “Neftçi” üzərində qələbə qazandı - 1:0.

"Football-plus.az" xəbər verir ki, oyunsonrası mətbuat konfransında "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov matç haqda fikirlərini bildirdi.

- Olduqca maraqlı oyunun şahidi olduq. Meydanda ilk hissədə taktiki oyun gedirdi. Heç bir rəqib səhv etməməyə çalışırdı. İkinci hissədə daha çox sürətli, hücum oyunu oynamağa çalışırdıq. Futbolçularım tapşırıqları yerinə yetirməyə, qələbə qazanmağa çalışırdı. Qarşımızda çox çətin rəqib var idi. Olduqca vacib qələbə qazandıq. Komandamı, azarkeşləri təbrik edirəm.

- Yuri Vernidub hakimlərin “Zirə”ni sevdiyini söylədi…
-Səhv etmirəmsə, son üç oyunda cəmi bir dəfə hakim səhvindən danışmaq olardı. Rəqib önə keçmişdi. Biz mübarizə apararaq hesabı bərabərləşdirmişdik. Biz orda da hakimin səhv etdiyini etiraf etdik. Vernidub hörmət etdiyim sayılan baş məşqçilərdəndi. Lakin 6 aydı burdadı. Biz illərdə burda işləyirik. O yəqin ki, ötən matçda olan epizodu unutmayıb. Mənim ona hörmətim sonsuzdu.

- Narazı olduğunuz məqam oldu?
- Son ötürmələrdə daha dəqiq olsaydıq, yaxşı olardı. Belə rəqiblərə qarşı minimal üstünlüklə oynamaq çətindi. Son dəqiqələrdə rəqib təzyiqi artırmışdı. Futbolçular əzmkar rəqibə qarşı mübarizə aparıb qələbə qazandı.

- Siz Yuri Verniduba doğru yaxınlaşdız, sağollaşmaq istəyərkən o əl vermədi.
- Belə hallar olur. Yəqin ki, məyusluqdandı. Anlaşılan haldı.

- Rotasiyalar mövsümün sonuna qədər mübarizə aparmağa bəs edəcək? Rikardo Martinsi əlavə pul əldə edə bilmək üçün satdız?
- Sol cinah vingeri önəmlidi. Martinsə təklif gələndə mənə yaxınlaşdı. Mən onun yolunun qarşısını kəsmək istəmədim. Onun avrokuboklarda və yerli liqadaki çıxışını nəzərə aldıq. Biz onu dəyərləndirdik. Rəhbərlik bizə 4-5 oyunçunu heyətə əlavə etməyə icazə verib. Seleksiya işləri aparırıq. Ehtiyat oyunçulara bizim də ehtiyacımız var. Biz bu gün İssanı belə ehtiyatda saxlamışdıq. Seleksiya, transfer dövründə belə hallar olur.

- Qarşıda üç ağır oyun var. Hansısa plan qurmusuz?
- Bizim üçün üç xal üç xaldı. Ötən mövsümdə gözləmədiyimiz oyunlarda xal itirmişdik. Bu isə avrokubok şansımızı əlimizdən almışdı. Rəqibin fərqi yoxdu, hər birinə qarşı çalışıb, hazırlaşırıq. “Sabah”a uğurlar arzulıyram. Növbəti matçınız olara qarşı olacaq.

- Qurban Qurbanova olan tənqidlərə necə yanaşırsız?
- Qurban Qurbanova görə yox, o tənqidləri edən insanlara görə heyifslənirəm. Əllərindən gələni etdilər. Çətin rəqiblərlə qarşılaşdılar. Burda hər birimiz üçün dərs götürməli məqamlar var. İlk oyunda qələbə qazansalar da, rəqib növbəti matça böyük motivasiya ilə hazırlaşdı. Futbolda belə hallar olur. Mən dostlarımla olanda bəzən Qurban Qurbanova məğlubiyyət limiti verilmədiyini söyləyirəm. Adam bir matçda məğlub olan kimi tənqidlərə tuş gəlir. Lakin 12 il avrokuboklarda mübarizə aparmaq fantastik göstəricidi.

İSRAYIL XEYRULLAYEV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul