“Qarabağ”dan xal almaq çox dəyərlidi“ - Rəşad Sadıqov

6.12.2025 19:30 23
Ölkə futbolu / Manşet
Misli premyer-liqasının 14-cü turunda “Zirə” “Qarabağ”la heç-heçə etdi - 1:1.

Oyunsonrası mətbuat konfransında Rəşad Sadıqov media önünə çıxıb.

- Olduqca ağır oyun oldu. Qola qədər oyun daha rahat gedirdi. Qoldan sonra təzyiqi artırdılar və çətinlik çəkdik. Hissənin sonlarında müdafiədə səhv etdik, rəqib hesabı bərabərləşdirdi. Maşallah olsun, yaxşı rəqib formalaşdırılıb. 3 gün sonra da vacib oyun oynayacaqlar. Uğurlar arzulayırıq. 4 dəyişiklik etdilər. Biz də iki dəyişiklik etdik. Müdafiə davranışını dəyişdik. Ümumi götürsək, heç-heçə ədalətli nəticədi. “Qarabağ”dan xal almaq çox dəyərlidi. 120 dəqiqədən sonra bu gün göstərdiyimiz iradə təqdirəlayiqdi.

- Qışda əsas hədəf hücumçu olacaq?
- Bir neçə oyun idi ki, belə problem yox idi. İssa zədələndi. Papunaşvili çox yorğun idi. İstəkliydilər. Futbolçularım əzm göstərdi. Eldar da oyuna yaxşı qoşuldu. Duranın zərbəsini Mutsinzi boş qapıdan çıxardı.

- Zubir üçün qırmızı vərəqə tələb edirdiz?
- Yarızarafat, yarıciddi danışırdım. Məşqçi kimi təzyiq göstərməyə çalışdım. Ciddi söhbətimiz olmadı.

MÜZƏFFƏR QULUZADƏ