Gəncə şəhər stadionuna UEFA-dan yüksək status

30.08.2026 15:33 37
Ölkə futbolu
Gəncə Şəhər Stadionu UEFA-nın 4-cü kateqoriyalı stadionu statusuna layiq görülüb.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

İki il ərzində aparılan ardıcıl və məqsədyönlü işlərin nəticəsində arena UEFA tərəfindən yüksək qiymətləndirilib. 4-cü kateqoriya stadionun qurumun müvafiq beynəlxalq tələblərinə cavab verdiyini təsdiqləyir.

Yeni status Gəncə Şəhər Stadionuna milli komandaların oyunlarına, həmçinin UEFA-nın klub turnirləri çərçivəsində yüksək səviyyəli qarşılaşmalara ev sahibliyi etmək imkanı verir.