"Football-plus.az" xəbər verir ki, bu haqda Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Nazir həmçinin Gəncə şəhər stadionunun inşası ilə də maraqlanıb. Tikinti sahəsinə baxış zamanı layihənin icra vəziyyəti, texniki göstəricilər və nəzərdə tutulan işlərin icra qrafiki müzakirə olunub.
Nazir Fərid Qayıbov görülən işlərin keyfiyyəti və vaxtında tamamlanmasının önəmini qeyd edərək, işlərin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılması üçün müvafiq tapşırıqlar verib.




