UEFA inspektoru "Turan Tovuz"un stadionuna baxış keçirdi

18.04.2024 10:15 205
Ölkə futbolu
UEFA stadion inspektoru Nebojsa İvkoviç və AFFA nümayəndəsi Tovuz şəhər stadionunda olublar.

"Football-plus.az" xəbər verir ki, 4 saatdan çox çəkən baxışdan sonra serbiyalı funksioner stadionun müvafiq kateqoriyaya yiyələnməsi üçün UEFA-nın tələblərini çatdırıb, tapşırıq və tövsiyələrini verib.

Onun iştirakı ilə keçirilən iclasda stadionun müasir standartlara cavab verməsi üçün görüləcək işlərlə bağlı geniş fikir mübadiləsi aparılıb, gələcək planlar müzakirə olunub.