Dani Bolt "Qarabağ"da - rəsmi

17.06.2025 22:25 369
Ölkə futbolu
"Qarabağ" heyətini yeni transferlə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisi Dani Boltla razılaşıb. 25 yaşlı braziliyalı sağ cinah müdafiəçisi ilə 3+1 illik müqavilə imzalanıb. O, “Qarabağ”da 18 nömrəli forma ilə çıxış edəcək.

Bolt Portuqaliyanın 2-ci liqa klubu "Torreense"dən transfer olunub. O, başa çatan mövsümdə komandasının heyətində 36 oyuna çıxaraq 2 qol vurub və 3 qolun ötürməsini edib. 2024-25-ci illərdə formasını geydiyi bu klubadək Braziliyada çıxış edən Bolt yetirməsi olduğu “Fluminense”, həmçinin “Atletiko Paranaense”, “Vitoriya” və “Yuventud”un şərəfini qoruyub.

Bu, "Qarabağ"ın 2025/26 mövsümü üçün ilk transferidi.