Donetsk təmsilçisinin rəqibləri arasında ''Fənərbaxça'', ''Real'' və ''İnter'' də var. Arda Turan bu rəqiblər haqda danışaraq bunları deyib:
''Mənim üçün duyğusal baxımdan seçilən bəzi qarşılaşmalar keçirəcəyik. Futbol oynadığım dönəmdə həm ''Fənərbaxça'', həm də ''Real''a qarşı böyük bir rəqabətin parçası olmuşdum. Onlara qarşı bir çox oyunlar keçirmişdim. ''Fənərbaxça'' ölkəmizin ən böyük klublarından biridi. Böyük ənənələrə sahib olan və heyətində yüksək səviyyəli futbolçular toplaşan bir klubdu. Həmin rəqabətdə bir-birimizin əlindən bir neçə dəfə titullar qoparmışıq. Kubok uğrunda mübarizələrdə bir-birimizə bir neçə dəfə boyun əymişik. Ona görə də bu rəqabəti böyük hörmətlə xatırlayıram. Bunlar zatən öz hekayəsi olan oyunlardı. Ümid edirəm ki, qarşıdakı oyun futbolun gözəlliyi ilə birlikdə insanların xatırlayacağı yeni anlara səhnə olacaq. Digər rəqiblərimizdən ''Real''da Arda Gülər, ''İnter''də Hakan Çalhanoğlu çıxış edir. Arda ölkəmizin ən parlaq istedadlarından biridi. Türkiyə futbolunun ümidini və gələcəyini təmsil edən, hamımızın qürur duyduğu bir isimdi. Hakan Çalhanoğlu isə mənim üçün az qala qardaş kimidi. Yığma komandamızın kapitanıdı. Bu dəfə bir-birimizə rəqib olacağıq. Rəqiblərimizdən biri olan ''Leyptsiq''lə bağlı da bir detal var. Bəlkə də çoxları bunu xatırlamır. ''Leyptsiq''in baş məşqçisi Martin Demiçelis mənim komanda yoldaşım olub. Çox peşəkar və əla karyeraya malik olan bir isimdi. Onunla birlikdə oynamaq mənim üçün gözəl bir təcrübə idi. Bu üzdən ''Leyptsiq''ə qarşı oyun da mənim üçün özəl olacaq''.






