19 yaşlı yarımmüdafiəçi sabiq klubu ''Fənərbaxça''nı ziyarət edib. ''Can Bartu'' bazasına gələn Gülər oranın işçiləri, sabiq komanda yoldaşları, baş məşqçi Joze Mourinyo və klub prezidenti Əli Koç ilə görüşüb. 2021-23-cü illərdə ''Fənər''in şərəfini qorumuş Arda çəkilən şəkilləri ''instaqram''ın hekayə bölümündə paylaşaraq bunları yazıb:
''Bu ziyarətin mənim üçün mənası böyükdü. Qəlbimin bir parçası daim burdadı. Hər zaman yanımda olan ''Fənərbaxça'' ailəsinə sonsuz təşəkkürümü bildirirəm''.
Arda bu mövsüm ''Real''da 20 rəsmi oyunda 1 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib.
ƏLİ





