“Liverpul”dan ayrıldı

25.08.2026 12:00 2
Dünya futbolu
İfeyani Ndukve “Liverpul”u tərk edib.

"Football-plus.az" xəbər verir ki, İngiltərə klubu müdafiəçini mövsümün sonuna qədər “Levante”yə icarəyə verib. Ndukve “Liverpul”a bu yay “Austriya”dan keçib və mersisaydlıların heyətində mövsümön ərəfəsində hazırlıq dövründə 4 oyunda iştirak edib.

“Liverpool Echo” nəşrinin məlumatına görə, futbolçu İngiltərədə işləmək üçün icazə ala bilməyib. Lakin onun La Liqadakı çıxışı lazımi meyarlara cavab verməsinə kömək edə bilər.

Qeyd edək ki, “Liverpul” yanvarda müdafiəçini icarədən geri çağırmaq hüququna malikdi.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul