“Liverpul”u tərk edəcək

3.07.2025 14:54 20
Dünya futbolu
Carrel Kuansa İngiltərəni tərk edəcək.

"Football-plus.az" xəbər verir ki, “Liverpul”un mərkəz müdafiəçisi karyerasını “Bayer-04”də davam etdirəcək.

İnsayder Fabritsio Romanonun məlumatına görə, Almaniya klubu 22 yaşlı futbolçu üçün “qırmızılar”a 30 milyon avro təzminat və 5 milyon avro bonus ödəyəcək. Futbolçunun yeni klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin yayına kimi nəzərdə tutulacaq. “Liverpul” müdafiəçini geri almaq hüququna sahib olacaq.

Carrell 2024/25 mövsümündə “Liverpul”un heyətində 25 oyun keçirib.