Mahmud Qurbanov millinin baş məşqçisi təyin edildi

24.08.2026 16:23 5
Ölkə futbolu
Aşağı yaş qrupları üzrə milli komandalarının baş məşqçiləri müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, namizədlərin təyinatı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) İcraiyyə Komitəsinin onlayn müzakirəsi zamanı təsdiqlənib. Qərara əsasən, aşağıdakı məşqçilər müvafiq yaş qrupları üzrə milli komandalarımızın baş məşqçiləri təyin olunublar:

U-15 - Aleksandr Qross
U-16 - Famil Xəlilov
U-17 - Emin Mustafayev
U-18 - Mahmud Qurbanov
U-19 - Elgiz Kərəmli

Baş məşqçi vəzifələri üzrə açıq müraciət prosesi AFFA-nın yeni texniki direktoru Edmond Klausla aparılmış məsləhətləşmələrdən sonra elan olunub. Müraciət edən namizədlər müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilib və yekun təkliflər AFFA-nın Texniki departamenti tərəfindən hazırlanaraq İcraiyyə Komitəsinə təqdim edilib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul