AFFA İcraiyyə Komitəsi toplaşır

12.09.2024 11:34 125
Ölkə futbolu
Sabah AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Saat 15.00-da başlayacaq iclasın gündəliyinə bir sıra məsələlər daxildi:

1. Lisenziyalaşdırma qaydalarında nəzərdə tutulmuş dəyişikliklərin təsdiqi
2. AFFA-nın Strategiyasının yazılmasına dair görülən işlərlə bağlı məlumat
3. Texniki Direktorun aşağı yaş qrupları üzrə milli komandalarla bağlı hesabatı
4. AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarla bağlı müzakirələr
5. İntizam Komitəsinə yeni üzvlərin təsdiqi
6. AFFA tərəfindən klublara ayrılan vəsaitin meyarlar üzrə bölgüsünün müzakirəsi
7. Qadın Liqaların 2024-2025-ci illər mövsümü üçün təkliflərin müzakirəsi
8. Digər məsələlər.