Lidsdən Londona yollandı

5.07.2024 16:41 327
Dünya futbolu
“Tottenhem” heyətinə yeni futbolçu cəlb edib.

London klubu “Lids”dən yarımmüdafiəçi Arçi Qreyi transfer edib. 18 yaşlı futbolçu ilə 6 illik müqavilə imzalanıb. Qrey “Lids”in yetirməsidi. O, 2023/24 mövsümündə bütün turnirlərdə 52 oyun keçirib və 2 məhsuldar ötürmə edib.

“Transfermarkt” portalı Arçinin bazar dəyərini 18 milyon avro qiymətləndirir.