Avropadan Asiyaya yollanacaq

27.08.2026 10:00 6
Dünya futbolu
Ticani Reynders “Mançester Siti”dən ayrılacaq.

"Football-plus.az" xəbər verir ki, niderlandlı futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. Yarımmüdafiəçi “Əl-Qadisiyə” ilə anlaşıb. Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

“Mançester Siti” Ticanini ötən il “Milan”dan transfer edib. O, “şəhərlilər”in heyətində keçirdiyi 28 oyunda 5 qol vurub, 2 məhsuldar ötürmə edib.