İtaliyalı futbolçu vətəninə qayıtdı

28.08.2026 11:25 21
Dünya futbolu
Qulyelmo Vikario vətəninə qayıdıb.

"Football-plus.az" xəbər verir ki, “Yuventus” italyan qapıçını “Tottenhem”dən icarəyə götürüb. Turin klubunun mətbuat xidmətinin məlumatına görə, təcrübəli futbolçu 2027-ci ilin yayına kimi “Yuventus”da çıxış edəcək. Klublar arasındakı anlaşmada satınalma bəndi də nəzərdə tutulub.

Xatırladaq ki, “Tottenhem” Qulyelmonu 2023-cü ilin yayında “Empoli”dən 18,5 milyon avroya transfer edib.