Mançesterdən Neapola yollandı

2.09.2025 14:44 6
Dünya futbolu
Gözlənildiyi kimi, Rasmus Höylunn klubunu dəyişib.

"Football-plus.az" xəbər verir ki, “Napoli” və “Mançester Yunayted”in təmsilçiləri onun icarəsi ilə bağlı razılığa gəlib.

İnsayder Fabritsio Romanonun məlumatına görə, İtaliyanın son çempionu danimarkalı hücumçunu 6 milyon avroya icarəyə götürüb. Müqavilədə 44 milyon avroya satınalma bəndi də nəzərdə tutulub. Qeyd edək ki, bu şərt müəyyən göstəricilər yerinə yetirildiyi halda məcburi olacaq.

Rasmus MY-yə 2023-cü ilin yayında “Atalanta”dan transfer olunub. O vaxtdan komandada 95 matça çıxıb, 26 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.