Jeremi Dokyu bir qeyri-müddətə sıradan çıxıb.
"Football-plus.az" xəbər verir ki, “Mançester Siti”nin vingeri “Arsenal”la İngiltərə Superkuboku matçında (0:3) zədələnib. Belçikalı futbolçu baldır əzələsindən zədə alıb və “Arsenal”la oyunun fasiləsində əvəzlənib. Jeremi ən azı premyer-liqanın “Bornmut”la keçiriləcək oyununu buraxacaq.
Qeyd edək ki, futbolçu son vaxtlar ciddi tənəffüs yolu infeksiyası və topuq zədəsi səbəbindən də problemlər yaşayıb. Bu səbəbdən o, komanda ilə mövsümə hazırlığı tam şəkildə keçə bilməyib.
“Mançester Siti”də ciddi itki
Dünya futbolu






