Gözlənilən keçid rəsmiləşdi

22.08.2026 19:00 4
Dünya futbolu
Rodriqo Ernandesin “Barselona”ya gözlənilən keçidi rəsmiləşib.

"Football-plus.az" xəbər verir ki, İspaniya klubu “Mançester Siti”nin yarımmüdafiəçisinin transferini rəsmən açıqlayıb. 30 yaşlı ispaniyalı futbolçu yen klubu ilə müddəti 2030-cu ilin iyununa qədər nəzərdə tutulan müqavilə imzalayıb.

Məlumata görə, “Barselona” bu transfer üçün 60 milyon avro ödəyəcək. Müxtəlif bonuslarla birlikdə keçidin ümumi dəyərinin 76,5 milyon avroya çatacağı bildirilir.