"İmişli" sıralarına daha bir futbolçu qatıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi kolumbiyalı müdafiəçi Edvin Bangera ilə 2 illik müqavilə imzalayıb. 29 yaşlı futbolçu Portuqaliyanın 2-ci liqqasından “İmişli”yə transfer olunub. O, son olaraq “Felqeyraş” klubunun şərəfini qoruyub.
Sol cinah müdafiəçisi indiyədək “Salqeyruş”, “Jil Visente”, “Kovilya” və “Mafra” kimi klublarda çıxış edib.
"İmişli" kolumbiyalı müdafiəçi transfer etdi
Ölkə futbolu






