''Qalatasaray'' a lazım olmayan futbolçu Fransaya yollanır

21.08.2026 18:26 18
Dünya futbolu
''Qalatasaray''da Okan Burukun planlarına daxil olmayan danimarkalı Elias Yelertin yeni klubunun adına aydınlıq gəlmək üzrədi.

23 yaşlı sağ cinah müdafiəçisi yeni mövsümü Fransa təmsilçisi ''Havr''da keçirə bilər. 2024-cü ildə ''Kopenhagen''dən 9 milyon avroya transfer olunan danimarkalı futbolçu ''Cim-Bom''da bir mövsüm keçirərək ümidləri doğrultmadı. O ötən mövsümü çempionşip təmsilçisi ''Sauthempton''da icarədə keçirərək cəmi 11 oyunda forma geyə bildi.

Karyerasında ciddi eniş yaşayan Yelert artıq Liqa-1 təmsilçisi ''Havr''a keçməyə razılıq verib. O, klublar arasında anlaşma əldə olunmasını gözləyir. Maddi detallar barədə məlumat yoxdu. ''Qalatasaray''la hələ üçillik müqaviləsi olan bu futbolçunun indiki dəyəri 5 milyon avrodu.