Acun Ilıcalı ''Hall Siti'' ilə məzələnən sabiqlərin cavabını verdi
Dünya futbolu
Acun Ilıcalının sahibi olduğu ''Hall Siti''nin premyer-liqa macərası sabah ''Mançester Yunayted''ə qarşı oyunla start götürəcək. Bu arada türkiyəli iş adamı onun komandasını tənqid, hətta təhqir edən sabiq ingiltərəli futbolçular Co Koul ilə Karlton Koulun cavabını verməyi lazım bilib. Bu sabiq futbolçular ''Dressing Room'' adlı podkastın qonağı olublar. Onlar orda ''Hall Siti''nin premyer-liqadakı perspektivlərini müzakirə edərkən klubun elitada yerini qoruyacağına inanmadıqlarını bildirərək hətta məzəli və aşağılayıcı ifadələr də işlədiblər. Acun Ilıcalı öz ''iks'' səhifəsində bunları yazıb: ''Gözəl şəhərimin onu daha yaxşı tanımalı olan insanlar tərəfindən tənqid olunduğunu görmək mənə xəyal qırıqlığı yaşadır. Bir klub olaraq digərlərinin bizə yuxarıdan aşağı baxmalarına alışmışıq və bundan zövq alırıq. Xüsusilə ötən mövsüm premyer-liqaya yüksələndə bundan daha böyük zövq almışdıq. Bir yerin həqiqi gözəlliyi oranin insanlarında gizlənir və ona görə də Hall mənim üçün dünyanın ən gözəl şəhəridi. Mənim üçün iki sabiq futbolçunun premyer-liqaya tam layiqli şəkildə yüksələn bir kluba gülmələri onların güldüyü şeylərdən daha gülməlidi''.






