“Gələn həftə lap əvvəldən belə oynayacağıq” – “Tvente”nin kapitanı “Qarabağ”a xəbərdarlıq etdi

21.08.2026 13:27 23
Aktual / Avrokuboklar
“Qarabağ”ın Ensxededəki sürpriz qələbəsi “Tvente”nin düşərgəsində onsuz da xoş olmayan ab-havanı bir qədər də gərginləşdirib. Baş məşqçi Con van den Bromun oyunsonrası tənqidi açıqlaması bəzi futbolçuları qəzəbləndirib, “Ayaks”dan alınan dünyaca məşhur Vut Veqhorstun son oyunda heç nə ilə yadda qalmaması azarkeşləri özündən çıxarıb.

Bir sözlə, indi, sadəcə, “Tvente”nin problemlərindən yararlanmaq lazımdı. “Qarabağ” özü də nə qədər problem içində olsa belə...

“Football-plus.az” xəbər verir ki, rəqib düşərgədə nikbinlər də var. Belələrindən biri Robin Pryopper meydanı tərk edəndən sonra kapitan sarğısına yiyələnən sağ cinah müdafiəçisi Bart van Roeydi:

“Bəlkə də hakimin hərəkətləri əleyhimizə işlədi, ancaq istənilən halda burda uduzmaq acı nəticədi. Sadəcə, hər şey əleyhimizə oldu. Yetərincə yaxşı oynayırsan və qəfil qapında qol görürsən. Bununla belə, söykənməli olduğumuz çoxlu müsbət məqam var. İndi panikaya düşmək olmaz! Sonda tempi artırmaqla bir neçə təhlükəli vəziyyət yaratdıq. Ümid edirəm ki, gələn həftə lap əvvəldən belə oynayacağıq. Sem Lammerslə Kristian Hlinsson meydana çıxandan sonra “Tvente” oyunu lazımi axara yönəltdi. Həmin anda yəqin ki, məhz bu tələb olunurdu. Hesab edirəm ki, güclü heyətimiz var, bundan yararlanmalıyıq. Son nəticədə kimi meydana buraxmaqla bağlı qərarı baş məşqçi ver. Düşünürəm ki, Marko Pyatsa son vaxtlar özünü sağ cinahda daha yaxşı göstərir. Biz hələ yenidənqurma prosesindəyik, zaman-zaman istənilən vəzifənin öhdəsindən gəlməyə qadir olduğumuzu göstəririk”.

ORXAN

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul