"Zirə" Martinsi Kamboca klubuna satdı

21.08.2026 11:51 242
Ölkə futbolu
“Zirə”nin futbolçusu Junior Martins Kambocanın “Prexxanrit Svayrinq” klubuna transfer olub.

"Football-plus.az" xəbər verir ki, bu barədə "Zirə"nin mətbuat xidməti məlumat yayıb.

Hücumçunun keçidiylə bağlı tərəflər arasında müqavilə bağlanılıb.

“Zirə” Junior Martinsə göstərdiyi xidmətə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Braziliyalı futbolçu 2024-cü ildən "Zirə"də çıxış edirdi. O, 2023-24 mövsümündə isə "Kəpəz"də oynayıb.