"Qarabağ" zədəli futbolçusu Elvin Cəfərquliyevlə bağlı açıqlama yayıb.
"Football-plus.az" xəbər verir ki, aparılan tibbi müayinələr nəticəsində futbolçunun ayağının arxa əzələsində vətərin qismən yırtığı aşkarlanıb.
Bildirilib ki, Elvin Cəfərquliyevin bərpa müddətinin təxminən iki həftə davam edəcəyi gözlənilir. Bu isə o deməkdi ki, Elvin Konfrans Liqasının pley-off mərhələsində "Tvente" (Niderland) ilə keçiriləcək oyunları buraxacaq.
“Tvente” ilə “Qarabağ”arasında ilk oyun avqustun 20-də Enshededə, cavab matçı isə avqustun 27-də Bakıda olacaq.
Xatırladaq ki, Elvin Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"ın "Dinamo" ilə ilk oyununda zədələnmişdi.
"Qarabağ"da gözlənilməz itki - Elvin "Tvente" ilə matçları buraxacaq
Ölkə futbolu






