Türkiyə mətbuatında Ederson Moraesin bu transfer dönəminin sonuna qədər ''Fənər''dən ayrılacağı və onun yerinə Berke Özərin heyətə cəlb olunacağı ilə bağlı xəbərlər dolaşır. Ancaq 26 yaşlı qapıçı bu iddiaları təkzib edərək ''sarı-lacivərdlilər''ə dönmək ehtimalının olmadığını bildirib:
''Heç yerə getmirəm. ''Lill''də qalacam. Birinci qapıçı statusundayam. Yeni gələn isə ikinci qapıçı statusunda olacaq. Prezidentimiz zatən bir ay öncə yeni qapıçı almağı planlaşdırdıqlarını söyləmişdi. Həmin mətbuat konfransında mənim ''1 nömrə'' kimi qalacağını demişdi. O vaxtdan bu yana heç nə dəyişməyib. Ona görə də bu söz-söhbətlərin hardan çıxdığını bilmirəm''.
Penalti dəf etmək istedadı ilə tanınan 27 yaşlı Berke Özər ''Altınordu''nun yetirməsidi. O, 2018-22-ci illərdə müqavilə ilə ''Fənərbaxça''ya məxsus olub. Bu dörd mövsümün ikisini ''Vesterlo''da icarədə keçirib. Əsas yüksəlişə ''Eyüpspor''da nail olub və 2025-dən ''Lill''in şərəfini qoruyur.
Berke ötən mövsüm 45 rəsmi oyunda iştirak edərək 51 qol buraxıb və 17 matçda qapısını toxunulmaz saxlayıb. Onun haqlarının 20 faizi hələ də ''Fənərbaxça''ya məxsusdu.





