"Sabah" bu gün Çempionlar Liqasının liqa mərhələsinə yüksəlmək hədəfinə bir addım da yaxınlaşmağa çalışacaq. Beer-Şeva "Hapoel"inin qonağı olacaq "bayquşlar" səfərdən sərfəli nəticə ilə qayıtmaq üçün əlindən gələni əsirgəməyəcək.
Bilindiyi kimi, rəqib məlum səbəblər üzündən ev oyunlarını İsraildə keçirə bilmir. Odu ki, matça Buxarestdə - "Culeşti" stadionunda şahidlik edəcəyik. Belədə tribunalarda nə qədər tərəfdarın yer alacağıyla bağlı məqam da maraq doğrurur. Masazır təmsilçisini ilk oyunda 100-ə qədər azarkeşin dəstəkləyəcəyini yazmışıq. Bəs, stadionda İsrail klubunun neçə tərəfdarı olacaq?
"Football-plus.az" xəbər verir ki, "One" bu suala cavab tapıb. İsrail nəşrinin məlumatına görə, tribunalarda təxminən 1000 "Hapoel" tərəfdarı olacaq. Əksəriyyəti İsraildən gələn tərəfdarların sırasında başqa ölkələrdən olan azarkeşlər də yer alacaq.
Xatırladaq ki, "Hapoel" - "Sabah" qarşılaşması saat 23.00-da start götürəcək.
KƏNAN BAHADIR
"Culeşti" tribunalarında amansız mübarizə - yüz "Sabah"lı min "Hapoel"liyə qarşı!
Aktual / Avrokuboklar






