2024-də ''Qızıl top''u qazanmış, eləcə də son mundialın ən yaxşı oyunçusu seçilmiş Rodri ''Real''ın da hədəfində idi. Amma təcrübəli yarımmüdafiəçi əzəli rəqiblər arasında seçim edərkən Kataloniya nəhənginə üstünlük verdi.
Bu arada ''Real''ın baş məşqçisi Joze Mourinyo ispaniyalının transferi ilə bağlı diqqətçəkən acıqlamalar verərək bunları deyib:
''Rodri ilə bir neçə dəfə görüşərək söhbət etdim. Bəli, ''Real'' ona çox önəmli bir təklif irəli sürdü. Amma Rodrinin şübhələrinin olduğunu gördüm. Onun bu şübhələri məndə də onu transfer etməyin doğru olub-olmaması yönündə şübhələr yaratdı. ''Real'' iki dəfə düşünməyə ehtiyac duyan futbolçununun qərarını gözləməyəcək qədər böyük klubdu''.





