''Fənərbaxça'' işini çətinə saldı

19.08.2026 15:30 2
Dünya futbolu
Çempionlar Liqasında təsnifat mərhələsinin pley-off matçları keçirilir.

Dünən ''Fənərbaxça'' möhtəşəm azarkeş dəstəyinə malik olduğu oyunda ''Lion''u qəbul etdi. Görüş gözlənildiyi kimi gərgin mübarizə şəraitində keçdi. Fransızlar fasilə ərəfəsində yeni transfer Luis Opendanın baş zərbəsi ilə hesabı açdılar. İkinci hissənin əvvəllərində isə Meyson Qrinvud yerli fanatları ayağa qaldırdı. 47-ci dəqiqədə onun vurduğu baxımlı qol yekun nəticəni müəyyənləşdirdi.

''Fənər''in evdə Fransa təmsilçilərinə qarşı məğlubiyyətsiz seriyası 8 oyuna yüksəlsə də (2 qələbə, 6 heç-heçə), komanda onsuz də çətin olan işini bir qədər də çətinləşdirdi. İndi İstanbul nəhəngi 18 illik ÇL həsrətinə son qoymaq üçün avqustun 26-da Fransa səfərində hökmən ''Lion''u yenməli, ən pis halda oyunsonrası penaltilər seriyasında qələbə qazanmalıdı.

Maraqlıdı ki, ''Fənər'' ÇL-in təsnifatının pley-offunda keçirdiyi 7-ci oyunda da qələbə qazana bilmədi (3 heç-heçə, 4 məğlubiyyət). Buna qədər turnirin tarixində bu mərhələdə ilk 7 oyunda qələbəyə həsrət qalan komanda olmamışdı!

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul