Premyer-liqanın “Arsenal” ilə oyununda (2:2) zədələnən Rodrinin aqibətinə rəsmən aydınlıq gəlib.
"Football-plus.az" xəbər verir ki, onunla bağlı açıqlamanı “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola verib.
İspaniyalı mütəxəssis 28 yaşlı yarımmüdafiəçinin zədəsi haqda belə deyib:
“Təəssüf ki, Rodrinin zədəsi ciddidi. Artıq dizinin çarpaz bağı nahiyəsindən əməliyyat olunub. Onun üçün bu mövsüm erkən başa çatdı. Rodri burda bir də gələn mövsüm olacaq”. 53 yaşlı mütəxəssis Rodrinin mövqeyinə mümkün transfer edilməsi ilə bağlı sualı da cavablayıb: “Danışıqlar aparırıq. Mümkün problemləri aşkarlamaq üçün vaxtımız var. Ondan sonra nə etmək istədiyimizi görəcəyik”.
Qeyd edək ki, Rodri bu mövsüm 3 oyuna çıxıb. O, yayda aldığı zədə səbəbindən “Mançester Siti”nin sıralarına bir qədər gec qoşulmuşdu.