Bu həftə Türkiyəni avrokuboklarda təmsil edən klublar həftəsonu onların superliqadakı matçlarının təxirə salınması üçün Türkiyə Futbol Federasiyasına müraciət ediblər. Söhbət ''Fənərbaxça'', ''Beşiktaş'' və ''Trabzonspor''dan gedir.
Nəhənglər belə vacib məqamda iki avrokubok matçı arasında oyun keçirmək istəmirlər. Hələlik federasiyadan bir cavab gəlməyib.
Xatırladaq ki, artıq bu gün ''Fənərbaxça'' Çempionlar Liqasının təsnifatının pley-offunda Fransa nəhəngi ''Lion''u qəbul edəcək. Avropa Liqasının təsnifatının pley-offunda isə cümə axşam ''Trabzonspor'' ''Ferenstvaroş''u, ''Beşiktaş'' ''Kauno Jalqiris''i qəbul edəcək. TFF klubların tələbinə müsbət cavab versə, həftəsonu baş tutmalı olan ''Fənərbaxça'' - ''Konyaspor'', ''Trabzonspor'' - ''İstanbul BŞ'' və ''Alanyaspor'' - ''Beşiktaş'' oyunları təxirə salınacaq.
Bu matçların yeni tarixi federasiya tərəfindən müəyyənləşdiriləcək.
Nəhənglər təxirəsalma ilə bağlı TFF-yə müraciət etdilər
Dünya futbolu





