"Turan Tovuz"un və "Kəpəz"in sabiq futbolçusu Luis Paçunun yeni klubu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, o, "Strongest" klubuna keçib. Bu haqda Boliviya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 30 yaşlı hücumçu ilə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.
O, 2023-24-cü illərdə "Turan Tovuz"da, 2024-26-cı illərdə isə "Kəpəz"də oynayıb. Ötən mövsüm Paçu 27 matçda 5 qol vurub və 4 qol ötürməsi verib.
Luis Paçu Boliviya klubunda
Dünya futbolu






