Paçu qayıdır

18.12.2024 23:34 316
Ölkə futbolu
"Kəpəz"in futbolçusu Luis Paçu yaşıl meydanlara qayıdır.

"Football-plus.az" xəbər verir ki, "Kəpəz"in bir müddət zədəli olan hücumçusu artıq kollektiv məşqlərə qoşulub. Ötən həftə fərdi halda çalışan Paçu "Neftçi" ilə oyunu buraxmaq məcburiyyətində olub. O, məşqçilər korpusunun qərarına uyğun olaraq "Sumqayıt"la qarşıdakı matçda oynamaq imkanı əldə edə bilər.

Xatırladaq ki, forvard "Zirə"yə qarşı ev oyununda (0:4) zədələnərək əvəzlənmişdi.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul